22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“SpaceX” daha 46 internet peykini orbitə çıxarıb
 

11-03-2024

“SpaceX” kompaniyası “Starlink” peyklərindən ibarət növbəti iki qrupu orbitə çıxararaq yeni rekorda imza atıb.

Fhnews.az xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, “Falcon” daşıyıcı raketi hər birində 23 ədəd olmaqla, iki internet peyklər qrupunu beş saat fərqlə kosmosa çıxarılıb.

“SpaceX” indiyədək kosmosa ümumilikdə 6 mindən çox “Starlink” peyki buraxıb ki, onların 5,5 mindən çoxu işlək vəziyyətdədir. Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

Paylaş: