22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

18-04-2024

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətlər siyahısına başçılıq edir.

Fhnews.az “Flightright” hüquq şirkətinə istinadla xəbər verir ki, ən böyük alman aviaşirkəti ilin ilk üç ayı ərzində reyslərinin 5,99 faizini ləğv edib (6803 ləğv etmə). 2023-cü ilin analoji dövründə bu göstərici üç faizdən bir qədər az olub. Ləğv etmənin səbəblərindən biri ilk rübdə təkrar tətillərdir.

“Flightright” tətillərin sayının əhəmiyyətli dərəcədə artdığını deyib və eyni zamanda açıq-aydın aviaşirkəti tənqid edib.

Reytinqin ikinci yerində çox böyük fərqlə Niderlandın KLM aviaşirkəti yer alıb, onun reyslərin ləğv etmə payı 2,27 faiz (1294 ləğv etmə) təşkil edir.

Üçüncü yerdə 2,25 faizlə Avstriyanın “Austrian Airlines” aviaşirkəti qərarlaşıb.

Daha bir alman aviaşirkəti – “Eurowings” (1,51 faiz) dördüncü yerdədir.

Paylaş: