“AzerGold”: “Ortakənd” qızıl yatağında ilkin geoloji nəticələr müsbətdir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Göydağ” sahəsinin “Ortakənd” qızıl yatağında həyata keçirilən geoloji tədqiqatların ilkin nəticələri müsbətdir.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, sözügedən yataq üzrə əldə olunan kəşfiyyat nəticələri əsasında beynəlxalq nüfuzlu “MICON International” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur.
Növbəti mərhələdə yataq üzrə ehtiyatların satılabilən, yəni iqtisadi səmərə ilə hasil ediləbilən miqdarı müəyyənləşdiriləcək. Tədqiqatların yekun nəticəsi müsbət olarsa, yaxın gələcəkdə yataqda açıq üsulla hasilat prosesinin aparılması nəzərdə tutulub. “Göydağ” sahəsində yerləşən digər yataq - “Göydağ” mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir.
Tədqiqatlar davam etdirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...