“Azərpoçt” “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılışı münasibətilə “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb.
Fhnews.az nazirliyə istinadən xəbər verir ki, markanın üzərində Yay Olimpiya Oyunlarına daxil olan idman növlərinin simvolları əks olunub. Tərtibatda istifadə olunan rəng çalarlarının Azərbaycan idmançılarının “Yay Olimpiya Oyunları 2024”də iştirakı üçün təqdim olunan vahid idman formasının rəng çalarlarına uyğun olmasına xüsusi diqqət yetirilib.
Poçt markasının üzərindəki təsvirlər rəssam-dizayner Orxan Qarayevə məxsusdur.
Marka ilə yanaşı, 200 ədəd “Birinci gün” zərfi də hazırlanıb.
Azərbaycanda yaş tütün istehsalında 34...
“Yaşıl artım portalı” ölkələrə və...
Dövlət Vergi Xidmətində “Dövlət-biznes...
Daha bir neçə müntəzəm avtobus marşrutu...
İsveçrədə keçirilən konfransda...