“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb
“Azərkosmos” Çinin “Star.vision” texnologiya şirkəti ilə anlaşma memorandumu imzalayıb.
Fhnews.az xəbər verir ki, “Azərkosmos”dan verilən məlumata görə, imzalama mərasimi “Star.vision” şirkətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərkosmos”da baş tutub. Memorandumun əsas məqsədi “Star.vision” tərəfindən hazırlanmış süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də bura daxildir.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Görüş çərçivəsində “Azərkosmos” “Star.vision” şirkətini noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...