“Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
Müsabiqədə Bakı və Sumqayıt qarnizonlarına məxsus yanğından mühafizə hissələrinin (YMH) yanğından mühafizə bölmələri (YMB) iştirak edib. Müsabiqəyə DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşları hakimlik edib.
Gərgin mübarizə şəraitində keçən müsabiqənin yekununda Nəsimi rayon YMH-nin 19 nömrəli YMB 1-ci yeri, Səbail rayon YMH-nin 25 nömrəli YMB 2-ci yeri, Binəqədi rayon YMH-nin 5 nömrəli YMB isə 3-cü yeri tutub.
Sonda qaliblərə kubok və diplomlar təqdim edilib.
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...
AQTA: Azərbaycanda biotəhlükəsizliyin...
TƏBİB: Həkim və orta tibb işçiləri üçün...
Ötən il Azərbaycanda davamlı...