24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

“Əmək və Məşğulluq” altsistemi İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” seçilib

31-05-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) növbəti dəfə beynəlxalq uğur qazanıb.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ƏMAS Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədə təşkil etdiyi “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2024” tədbiri çərçivəsində keçirilən müsabiqədə “Çempion layihə” elan olunub.

Müsabiqədə 112 ölkədən 1050 rəqəmsal layihə iştirak edib və onlardan 90 layihə (o cümlədən ƏMAS) "Çempion layihə" seçilib.

“Çempion layihə”lər üzrə mükafatların təqdimat mərasimində ƏMAS-la bağlı "Çempion layihə" mükafatı nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərova verilib.

Xatırladaq ki, BTİ-nin ötənilki İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin müsabiqəsində də ƏMAS, habelə e-sosial.az portalı “Çempion layihə” elan olunmuşdu.

Paylaş: