22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kosmik hava proqnozu açıqlanıb
 

11-03-2024

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Fhnews.az xəbər verir ki, Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı orta səviyyədə olub. Alışmalar nəticəsində fasilələr, radioalışmalar baş verib. Bir neçə tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində 77 ləkə müşahidə olunur, Yer istiqamətində kiçik tac dəliyi qeyd edilir.

Hazırda Günəş küləyinin sürəti normaldır (389 kilometr/saniyə). Geomaqnit qasırğası baş verməyib.

Martın 11-dən 17-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Günəş küləyinin sürətinin martın 11-12-də bir qədər artacağı sonra isə normala dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin martın 11-12-də tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə qeyri-sabit və sakit səviyyələrdə olacağı gözlənilir. Martın 13-də isə TKA-nın təsiri ilə G1 (zəif) səviyyəsinə yüksəlməsi ehtimalı var.

Paylaş: