İndoneziyada təbii fəlakət: üç nəfər ölüb, on nəfər itkin düşüb
İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində üç nəfər ölüb, on nəfər itkin düşüb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, cümə axşamı yağan güclü leysan əyalətin on rayon və şəhərində daşqınlara, torpaq sürüşmələrinə və körpülərin dağılmasına səbəb olub. Daşqınlar yolları su altında qoyub, nəqliyyatı iflic edib, on minlərlə evə ziyan vurub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakətdən zərər çəkən bölgələrə ərzaq, dərman və digər zəruri yardımlar göndərilib.
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...