22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziya sahillərində güclü zəlzələ baş verib

27-04-2024
IMG

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

Fhnews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Paylaş: