Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb
Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.
Fhnews.az xəbər verir ki, Palatadan verilən məlumata görə, audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 milyon manat vəsaiti əhatə edib.
Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb.
Hesablama Palatasının müvafiq kollegiya qərarı ilə auditin nəticələri üzrə auditor hesabatı təsdiqlənib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı rəy ifadə edilib. Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...