Gənclərin Təcrübə Proqramının test mərhələsi keçirilib
Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Təcrübə Proqramının test mərhələsi olub.
Nazirlikdən verilən məlumata görə, iştirakçılar dünya görüşü, qanunvericilik və məntiqi təfəkkür üzrə hazırlanan test blokları əsasında sualları cavablandırıblar.
Test mərhələsi noyabrın 4-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilib.
Qeyd edək ki, proqramda iştirak üçün elektron ərizə qəbuluna 500-ə yaxın müraciət daxil olub. Ərizələrin ilkin qiymətləndirilməsindən sonra, onların arasından 168 iştirakçı test mərhələsinə vəsiqə qazanıb. Test mərhələsini uğurla tamamlayan gənclər növbəti mərhələdə idarəetmə potensialının qiymətləndirilməsi mərhələsinə qatılacaq və daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
Azərbaycanın mədəniyyət naziri BMT...
Azərbaycanın mədəniyyət naziri BMT...
Xarici jurnalistlər Qala qoruğunda...
Azərbaycanlı rəssamın əsəri...
Kəlbəcər Şəhəri Günü ilə əlaqədar...