Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib
Fövqəladə Hallar Nazirliyi www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursunun tam yenilənmiş versiyasını istifadəyə verib. İnternet informasiya resursunun yenidən hazırlanmasında məqsəd, ilk növbədə, istifadə rahatlığına, naviqasiya sadəliyinə malik, eləcə də, müasir dizayn tendensiyaları və kibertəhlükəsizlik tələblərinə cavab verən, fərqli və diqqətçəkən məhsulun təqdim edilməsi olub.
Hazırlıq prosesində dövlət strukturlarının internet informasiya resurslarına tətbiq edilən qanunvericilik tələbləri nəzərə alınıb. İnternet informasiya resursunda Nazirlik tərəfindən həyata keçirilən işlər, yeniliklər barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir. Əsas səhifədəki müvafiq kateqoriyalarda Nazirlik haqqında, ümumi qanunvericilik bazası, faydalı keçidlər, media üçün müxtəlif məlumatlar, maarifləndirmə, təlimlər, statistik məlumatlar, elanlar və s. yeni üslubda təqdim edilir. Əlavə olaraq, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər sisteminə keçid imkanı yeni internet informasiya resursunda daha əlçatan təqdim edilib, bölmənin funksionallığı artırılıb. Həmçinin, fiziki məhdudiyyətli şəxslərin internet informasiya resursundan istifadəsini genişləndirmək məqsədilə "Müyəssərlik menyusu" da əlavə olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...