Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı Şəhər Baş Səhiyyə İdarəsi 7 saylı doğum evində, Bakı şəhərinin Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseyində və Sabunçu rayonunun Zabrat qəsəbəsi 192 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Xırdalan şəhər 10 nömrəli tam orta məktəbində və 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Sənye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Şəmkir rayonu S.Vəliyev adına Çənlibel kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayon Mamrux kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbində və Cənub Regional Mərkəzi tərəfindən Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...