FHN-in Şimal Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi tərəfindən 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.
Təlim xilasetmə əməliyyatlarına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, hündürmərtəbəli binalardan, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təşkil edilib.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...