FHN-in Şimal Regional Mərkəzi nümunəvi dərs keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Quba Dövlət Sosial-İqtisad Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs təşkil edilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları, kollecin müəllim və tələbə heyəti iştirak edib.
Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...
AQTA: Azərbaycanda biotəhlükəsizliyin...
TƏBİB: Həkim və orta tibb işçiləri üçün...
Ötən il Azərbaycanda davamlı...