FHN-in Gəncə Regional Mərkəzi “Təhlükəsiz Böyük Qayıdış” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Elm və Təhsil Nazirliyinin “Təhlükəsiz Böyük Qayıdış” layihəsi çərçivəsində Gəncə şəhərində müvəqqəti məskunlaşan Kəlbəcər rayonu 99 nömrəli tam orta məktəbin kollektivi ilə birgə fövqəladə hallarla bağlı davranış qaydaları barədə tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub.
2 gün davam edən tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...