22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyini keçirib (video, foto)

17-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Əvvəlcə, Gəncə Regional Mərkəzinin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri qoyulub, Azərbaycan xalqının böyük oğlunun əziz xatirəsi ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Keçirilən yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Gəncə şəhər, M.Müşfiq adına 14 nömrəli tam orta məktəbi I yerə, Şəmkir rayonu, Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi II yerə, Göygöl rayonu, Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbi III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Paylaş: