22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib (video, foto)

30-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən “Taghiyev Operating Company” MMC-yə məxsus Buzovna neft terminalı çənlər parkında “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin, Bakı şəhərinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin, həmçinin 2 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvə və vasitələri cəlb olunub.

Təlim zamanı çənlər parkında baş vermiş şərti yanğınla əlaqədar hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən “yanğın” qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”.



Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Paylaş: