FHN-in Cənub Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Əvvəlcə, Cənub Regional Mərkəzinin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Azərbaycan xalqının böyük oğlunun əziz xatirəsi ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Keçirilən yarışda Cənub Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Yardımlı şəhər, V.Məmmədov adına 2 nömrəli tam orta məktəb I yerə, Lənkəran şəhər, R.Məmmədov adına 5 nömrəli tam orta məktəb II yerə, Cəlilabad şəhər 3 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...