Faktiki hava: Dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb
Mayın 17-si saat 12:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Laza (Qusar), Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.
Mayın 16-da intensiv yağışlar nəticəsində Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçib.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında saniyədə 18, Naftalanda 17 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan Muxtar Respublikasında 14, Aran rayonlarında 15, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...