Dövlət Xidməti: Bu ilin beş ayında 22 inzibati xəta üzrə protokol tərtib edilib
Cari ilin yanvar-may aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən, 18 hüquqi, 4 fiziki şəxs barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.
Fhnews.az xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tərtib edilmiş protokolların sayında müşahidə olunan 27 faiz azalma dövlət-özəl dialoqu çərçivəsində sahibkar-istehlakçı münasibətlərinin möhkəmləndirilməsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və şikayətlərin operativ emalı, o cümlədən pozuntu hallarının çevik şəkildə qarşısının alınmasının göstəricisidir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...