13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Dövlət Məşğulluq Agentliyi son bir həftədə daha 327 şəxsi peşə hazırlığına cəlb edib

10-06-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən həftə daha 327 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 178 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, 149 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının yekununda kursu uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilir.

Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.

Paylaş: