DİM-in may ayında keçirdiyi imtahanlarda 88 min 529 nəfər iştirak edib
Dövlət İmtahan Mərkəzi (DİM) may ayında göstərdiyi xidmətlərin statistikasını açıqlayıb.
Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, may ayında keçirilmiş imtahanlarda 88 min 529 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 1 milyon 505 min 681 olub. May ayı ərzində 3584 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 141 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 20 min 80, elektron poçt vasitəsilə 3000-ə yaxın, sosial şəbəkələr vasitəsilə 3200-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 11 min 908 olub. Abituriyent məsləhət mərkəzlərinə 3123 müraciət daxil olub.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...