22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək
 

01-05-2024
IMG

Rəqəmsal SAT imtahanı mayın 4-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

Qeyd edək ki, 4 may SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Rəqəmsal SAT barədə ətraflı məlumatı DİM-in rəsmi internet səhifəsində əldə etmək olar.

Növbəti SAT imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.

Əlavə sual yarandığı halda [email protected] ünvanına yazmaq olar.

Paylaş: