23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Daha iki marşrut avtobusunda ödəniş nağdsız olacaq

25-01-2024

Yanvarın 27-dən NZS yaşayış massivi – Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi istiqamətində fəaliyyət göstərən 22 nömrəli, yanvarın 28-dən isə Sabunçu dəmiryol stansiyasını “Dərnəgül” metro stansiyası ilə əlaqələndirən 93 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Fhnews.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Bakı şəhəri üzrə fəaliyyət göstərən 180 marşrutdan 102-si nağdsız ödəniş sisteminə qoşulub.

Ötən il 14 marşrut üzrə fəaliyyət göstərən 375 avtobusda kart sisteminə keçid olunub.

Paylaş: