Çində restoranda partlayış olub, ölən və yaralananlar var
Çinin Hebey vilayətinin Sanhe şəhərinin Yanciao qəsəbəsindəki restoranda baş verən partlayış nəticəsində ən azı bir nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Fhnews.az vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 8 radələrində baş verən partlayış nəticəsində restoranın yerləşdiyi binaya və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala əsasən partlayış qaz sızmasından baş verib.
Hazırda ərazidə axtarış işləri aparılır.
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...
Rusiyanın regionunda meşə yanğınları...
Oğurlanmış Budda heykəli 13 ildən sonra...
Tədqiqat: Qandakı kofein səviyyəsi bədən...