"Çermik laləsi" elm aləminə təqdim edildi.
Diyarbakırın Çermik rayonunda kəşf edilən tərs lalə növü "Çermik laləsi" adı ilə elm aləminə təqdim edilib.Ege Universitetindən verilən məlumata görə, Çermik çölündə gəzən təbiətsevər Məhəmməd Yalçın qayaların dibində gördüyü sarı tərs lalənin fotolarını bu sahədə mütəxəssis olan akademiklərlə paylaşıb.
Araşdırmalar nəticəsində ters çevrilmiş lalənin daha əvvəl ədəbiyyatda olmayan yeni bir növ olduğu müəyyən edilib. Bəyanatda fikirlərinə yer verilən professor Həsən Yıldırım bildirib ki, bu növ haqqında hazırladıqları elmi məqalə beynəlxalq taksonomik botanika jurnallarından olan “Nordic Journal of Botany”də dərc olunub.
"Çermik laləsi" adı ilə elm dünyasına gətirdiklərini qeyd edən professor bildirib ki, ters lalə (Fritillaria) cinsi şimal yarımkürəsində yayılmış təxminən 170 növə sahib bir cinsdir. Bu cinsin üç mühüm müxtəliflik mərkəzi var. Bu mərkəzlər 21 növlə Kaliforniya, 24 növlə Çin, üçüncüsü isə Cənub-Qərbi Asiya və Şərqi Aralıq dənizidir.Üçüncü müxtəliflik mərkəzi olan Türkiyədə 53 növ, Yunanıstanda 26 növ, İranda isə 18 növ var. Bu kontekstdə Türkiyədə ters çevrilmiş lalə növlərinin ən çox olduğu görülə bilər. “Çermik laləsi”nin kəşfi ilə Türkiyədə ters çevrilmiş lalə növlərinin sayı 53-ə yüksəldi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...