Cənubi Koreyada balıqçı qayığı aşıb, 6 nəfər itkin düşüb
Cənubi Koreyanın güneyindəki Tonyon şəhərinin sahil sularında göyərtəsində 9 nəfər olan balıqçı qayığı aşıb.
Fhnews.az Yonhap agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla səhər saatlarında baş verən hadisə nəticəsində 6 nəfər itkin düşüb. Cənubi Koreya sahil mühafizə xidmətinin məlumatına əsasən, qayıqda 2 koreyalı və 7 indoneziyalı olub. Hadisə yerinə gələn xilasedicilər 3 nəfəri xilas edərək, xəstəxanaya göndəriblər.
İtkin düşənlərin axtarışlarına Cənubi Koreya sahil mühafizə xidmətinin 12 patrul gəmisi, hərbi dəniz qüvvələrinin 4 gəmisi, habelə 5 helikopter cəlb olunub.
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...