Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb
Cənubi Koreya və ABŞ “ortaq müdafiə mövqeyini gücləndirmək” məqsədi ilə birgə hərbi təlimə başlayıb. “Azadlıq Qalxanı” adlı birgə təlimin 11 gün davam etməsi hədəflənib.
Bildirilib ki, təlim iki ölkənin ortaq müdafiə mövqeyini artırmaq məqsədi daşıyır və əsas diqqət quru, dəniz, hava və kiber alətlərdən istifadə ilə çoxdomenli əməliyyatlara və nüvə əməliyyatlarına yönəlib.
Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığına daxil olan ölkələrin şəxsi heyətinin müşahidəçi qismində iştirak edəcəyi təlimin martın 14-də başa çatması gözlənilir.
Təxminən 48 sahə araşdırmasının planlaşdırıldığı təlimdə Şimali Koreya raketlərinin təsbiti və müdaxiləsi ilə bağlı işlərin aparılacağı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...