22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda su böhranı

12-03-2024

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqda elektrik enerjisinin kəsilməsi, ildırım çaxması və su borularının partlaması nəticəsində yaranan su fasilələri səbəbindən böhran yaşanır.

Son 10 gündə susuzluğun gündəlik həyatın bir parçasına çevrildiyi 6 milyon əhalisi olan Yohannesburq ölkənin və bölgənin iqtisadi ürəyidir.
Ranburq Su Qoruğundakı su nasos qurğusunun elektrik enerjisinin kəsilməsi səbəbindən sıradan çıxması ilə başlayan su böhranı ötən həftə daha bir su qurğusunun ildırım vurması nəticəsində sıradan çıxması və şəhərə su aparan köhnə boruların bəzilərinin partlaması ilə pik həddinə çatıb.

Yohannesburq Su İdarəsi qrupları nasazlıqları aradan qaldırmaq üçün intensiv işləyir,amma  yaxın günlərdə su kəsintisinin yenə davam edəcəyi gözlənilir.

Paylaş: