BVF Ukraynaya növbəti maliyyə tranşını təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası genişləndirilmiş kreditləşmə mexanizmi çərçivəsində Ukraynaya 880 milyon dollar məbləğində növbəti tranşın ayrılmasına dair sazişləri təsdiqləyib.
Fhnews.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilir.
Sənədə əsasən, BVF rəhbərliyi təşkilatla Ukrayna rəhbərliyi arasında əvvəllər əldə edilmiş işçi razılaşmaları nəzərdən keçirib. Bu, Ukraynaya büdcə dəstəyi üçün istifadə olunacaq 880 milyon dolları dərhal ayırmağa imkan verəcək.
Növbəti tranşın Ukraynaya ayrılması ilə bağlı razılıq fevralda əldə olunub.
BVF indiyədək Ukrayna təxminən 4,5 milyard dollar məbləğində üç maliyyə tranşı alıb. 2024-cü ildə proqram Ukraynaya 5,4 milyard dollar büdcə yardımı nəzərdə tutur.
Ukraynanın maliyyə naziri Sergey Marçenko BVF ilə əməkdaşlığın maliyyə sabitliyinin təmin edilməsində, eləcə də iqtisadi canlanmanın stimullaşdırılmasında əsas element olduğunu vurğulayıb. Ukrayna hakimiyyəti BVF-nin proqramının bütün şərtlərini yerinə yetirməyə son dərəcə diqqət yetirir, çünki bu, əlavə maliyyə dəstəyi cəlb etmək imkanı açır.
Dörd illik Genişləndirilmiş Kredit Proqramı çərçivəsində əvvəlki 900 milyon dollarlıq tranş BVF-nin İcraçı Direktorlar Şurası tərəfindən 2023-cü ilin dekabrında təsdiq edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...