Bursada 350 hektarlıq sahə kül oldu
Bursansanın Orhaneli və Büyükorhan bölgələrində iyun ayında baş verən meşə yanğınlarında 350 hektarlıq sahə və ya 490 futbol meydançası külə dönüb. Meşə Region Müdirliyi yanğından sonra sürətlə ağaclandırma işlərinə başladıqlarını açıqladı.
Xatırladaq ki, iyunun 20-də saat 14:00 radələrində Bursanın Büyükorhan rayonunda meşəlik ərazidə yanğın baş verib. Yanğın zamanı ehtiyat tədbiri olaraq evakuasiya edilən Bademlikdə bəzi ot sahələri yanıb, mal-qaraya ciddi ziyan dəyib. Yanğına 4 vertalyot və 2 təyyarə havadan müdaxilə edib. Quruda 50 su tankeri, 13 dozer, 1 ekskavator, 33 texnika, 10 ilkin müdaxilə maşını və 676 canlı qüvvə ilə ilə yanğın söndürülüb.
27 saatdan sonra nəzarət altına alınan meşə yanğını nəticəsində 490 futbol meydançası böyüklüyündə 350 hektar ərazi kül olub. Meşə Region Müdirliyi tərəfindən ərazidə meşəbərpa işlərinə başlanılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...