Bu il Gürcüstan dəmir yolunun BTQ-ni modernləşdirilməsi başa çatacaq
Gürcüstan dəmir yolunun və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsi layihələri 2024-cü ildə başa çatacaq.
Fhnews.az xəbər verir ki, bu məsələ Gürcüstanın yeni hökumətinin proqramında əksini tapıb.
Bildirilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2007-ci ildə imzalanmış Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında inşa edilib. Layihə 2008-ci ildə başlayıb və 2017-ci il oktyabrın 30-da BTQ ilə yükdaşımaların açılış mərasimi olub. Hazırda onun Gürcüstanda genişləndirilməsi istiqamətində işlər aparılır.
“Bu, Asiya və Avropa arasında yükdaşıma vaxtını əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da ölkə ərazisindən əlavə yük axınının cəlb edilməsi üçün zəruri şərtdir. İlkin mərhələdə, BTQ ilə yükdaşımaların həcmi ildə 6,5 milyon ton olacaq, 1 milyona qədər sərnişin daşınacaq. 2020-ci ilin yanvar ayından bu nəqliyyat dəhlizi ilə Özbəkistandan Gürcüstan vasitəsilə Avropaya yük daşınmasına başlanılıb. Gürcüstan hakimiyyəti Avropa ilə Asiya arasında əlaqə olmaq üçün hər şeyi edəcək”, - deyə proqramda qeyd olunur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...