13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Botsvana Almaniyaya 20 min fil göndərməklə hədələyib

03-04-2024

Dünyanın ən çox filinə malik ölkəsi Botsvananın prezidenti Mokqveetsi Masisi fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyaya 20 min fil göndərməklə hədələyib. Botsvana prezidenti Mokqveetsi Masisi “Bild” qəzetinə verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və avadanlıqlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının partladığını vurğulayan Masisi fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu ifadə edib.

Masisi ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edərək, "Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır"-deyib.

Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan Masisi fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam edərsə Almaniyaya 20 min fil göndərə biləcəklərini bildirib.

Masisi bunun zarafat olmadığını vurğulayaraq, cavab olaraq “yox”u qəbul etməyəcəklərini bildirib.

Qeyd edək ki, dünyadakı  fillərin təxminən üçdə birinin yaşadığı Botsvanada 2014-cü ildə fil ovu qadağan edilib. Bu qadağa 2019-cu ildə fil populyasiyasındakı partlayışa və yerli əhalinin tələbinə uyğun olaraq götürülüb. Almaniyanın Ətraf Mühit Nazirliyi isə Afrika ölkələrinə ov ləvazimatlarının ixracını məhdudlaşdırmaq təşəbbüsü irəli sürmüşdü.

Paylaş: