Bayraktar TB3-ün 30-cu sınaq uçuşu uğurla başa çatıb
Bayraktar TB3 Silahlı Pilotsuz Uçuş Aparatı (SİHA) sınaq uçuşlarına ara vermədən davam edir. Bayraktar TB3-ün 30-cu sınaq uçuşu uğurla başa çatıb. BAYKAR həmin anların görüntülərini sosial media hesabında paylaşıb.Bildirilib ki, ümumi uçuş müddəti 286 saat olub.
Qeyd edək ki,Bayraktar TB3 PUA qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq. Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar TCG Anadolu gəmisində Bayraktar TB3 üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını açıqladı.
Bayraktar TB3-ün sahib olacağı qabiliyyətlər bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq. Milli SİHA həm də uzaq məsafədən idarə oluna bildiyi üçün görmə qabiliyyətindən kənarda rabitə qabiliyyətinə malik olacaq. Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin gücünə təsir göstərəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...