Azərbaycanda küləyin sürətilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib – SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləyin sürətilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib.
Fhnews.az Xidmətə istinadla xəbər verir ki, “sarı” xəbərdarlıq Bakı, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərini, o cümlədən, Abşeron, Salyan, Neftçala, Balakən, Zaqatala, Şəki, Yevlax, Bərdə, Gədəbəy, Daşkəsən, Babək və Şahbuz rayonlarını əhatə edib. Həmin ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.
Narıncı xəbərdarlıq zonasına isə Gəncə şəhəri, o cümlədən Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Göygöl, Goranboy, Culfa rayonları daxildir. Burada küləyin sürəti saniyədə 20,8-28,4 metrə qədər güclənəcək.
Qeyd edək ki, “Rəng xəbərdarlıq sistemi”ndə “sarı” xəbərdarlıq 7-8 balla qiymətləndirilir. “Sarı” xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka orta risk deməkdir. 9-10 balla qiymətləndirilən “narıncı” xəbərdarlıq isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir.
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...
AQTA: Azərbaycanda biotəhlükəsizliyin...
TƏBİB: Həkim və orta tibb işçiləri üçün...