Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub
Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, iclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2025-ci il yanvarın 1-dən dekabrın 31-dək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.
OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü dekabrın 1-nə təyin edilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...