23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

"Azərbaycan Dəmir Yolları" növbəti dəfə “Təhlükəsizlik həftəsi” elan edib

24-06-2024
IMG

"Azərbaycan Dəmir Yolları" QSC 24-30 iyun tarixləri üçün növbəti dəfə “Təhlükəsizlik həftəsi” elan edib.

Fhnews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, kampaniyada əsas məqsəd dəmir yolu xidmətlərindən istifadə edən, dəmir yolları ətrafında yaşayan insanları təhlükəsizlik qaydalarına əməl etməyə çağırmaq, təhlükəsizlik səviyyəsini artırmaq üçün ADY-nin həyata keçirdiyi tədbirləri geniş ictimaiyyətə çatdırmaqdır.

"Siz də dəmir yollarında təhlükəsizliyə risk yaradan hallarla qarşılaşdığınız zaman 1822 Əlaqə Mərkəzini məlumatlandıraraq “Təhlükəsizlik həftəsi”nə töhfə verə bilərsiniz. Birlikdə daha təhlükəsiz nəqliyyat mühiti yaradaq!", - deyə məlumatda qeyd olunub.

Paylaş: