24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

07-05-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir. COP29 zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün təlimlər təşkil edilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə, eləcə də sahibkarlarla bu sahədə maarifləndirmə işləri aparan, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirən əməkdaşlar iştirak edirlər.

Həmin çərçivədə AQTA əməkdaşları üçün növbəti onlayn təlim “Qida obyektlərində təmizlik və dezinfeksiya tədbirlərinin planlaşdırılması və tətbiqi, təmizləmə üsulları və prosedurları” mövzusunda olub. Təlimdə iştirakçılara qida obyektlərində təmizlik və dezinfeksiya tədbirləri barədə ətraflı məlumat verilib. Qida məhsulları ilə təmasda olan bütün alət və avadanlıqların çirklənmə hallarının baş verməsini istisna edən materiallardan hazırlanmasının vacib olduğu vurğulanıb. Belə alət və avadanlıqların təmiz saxlanılmasının və dezinfeksiya edilməsinin zəruriliyi önə çəkilib. Eyni zamanda, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti qeyd edilib.

Təlim zamanı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Paylaş: