Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məqsəd Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi və gigiyenasının təmin edilməsinin əsasları haqqında” Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiyasının nəzərdə tutulması ilə bağlı olaraq, bu sahədə qardaş ölkə ilə təcrübə mübadiləsi aparmaqdır.
Nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertəmlə görüşü olub. Ölkələrimiz arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi və həmin əməkdaşlığın əməyin mühafizəsi sahəsini də əhatə etməsinin əhəmiyyəti vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan addımlar barədə məlumat verib. Həmçinin Azərbaycanda əməyin mühafizəsi sahəsində görülən işlərə dair təqdimat edilib, yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti qeyd olunub.
Səfər çərçivəsində Türkiyənin aidiyyəti dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirilir, BƏT-in qeyd edilən Konvensiyasının ratifikasiyası, əməyin təhlükəsizliyi və gigiyenası sahəsində təcrübə mübadiləsi aparılır.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...