Altı ayadək dövrdə təkrar əlillik təyin olunanlara həmin müddət üçün sosial ödənişlər verilir
2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təkrar əlillik təyin edildikdə, təkrar əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.
Fhnews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Beləliklə, həmin aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödənişlər verilir. Bu tədbir ötən dövrdə 34,3 min şəxsi əhatə edib.
Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 13,4 milyon manat vəsait ödənilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...