Almaniyada qocalar evində yanğın baş verib, 4 nəfər ölüb
Almaniyanın Şimali Ren-Vestfaliya (KRV) şəhərindəki “Bedburg Hau” kurortunda yerləşən qocalar evində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, qocalar evinin 46 sakini yanğınsöndürmə briqadaları tərəfindən təxliyə edilib.
Hadisə yerinə gələn yanğınsöndürənlərdən biri xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Almaniya FHN-in məlumatına görə, hazırda yanğın böyük ölçüdə söndürülüb. Soyutma prosesi və yanğının səbəblərinin araşdırılması işləri davam etdirilir.
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...