Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
Cari ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 5 milyard 832,7 milyon manat olub.
Fhnews.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4380,7 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 572,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 47 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...