Ağ ev NASA-ya Ay saatı standartını hazırlamağı tapşırıb
Vaşinqtonun yeni siyasəti NASA-ya Ayda və ətrafında təkmil naviqasiya və əlaqəli xidmətləri təmin etmək üçün “cislunar” (astronavtlar üçün kompüterlə idarə olunan vaxt meyarları) missiyalarında istifadə üçün yeni Ay saatı standartı strategiyası hazırlamağı tapşırıb.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, aprelin 2-də Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsi tərəfindən açıqlanan Milli Ay Elm və Texnologiya Strategiyasını dəstəkləmək üçün səma vaxtının standartlaşdırılması siyasəti NASA-nı 2026-cı ilin sonuna qədər koordinasiya edilmiş Ay saatını (LTC) yaratmaq üçün strategiya hazırlamağa istiqamətləndirib. Bu, Yerdəki Koordinasiyalı Universal Zamana (UTC) əsaslanan, lakin Aydakı əməliyyatlara uyğunlaşdırılmış yeni vaxt meyarı olacaq.
İdarənin milli təhlükəsizlik üzrə direktor müavini Stiv Velbi bildirib ki, NASA dünya üzrə özəl şirkətlər və kosmik agentliklərin Aya, Marsa və onun hüdudlarından kənara missiyaları fonunda təhlükəsizlik və dəqiqlik üçün səmavi vaxt standartları yaratmalıdır.
Velbi qeyd edir ki, dəqiq əməliyyatlar üçün adekvat olan “cislunar” fəzada UTC-dən istifadə ediləcək. Bu vaxt meyarı Yer əsaslı sistemlərə bağlıdır, lakin relativistik effektlər o deməkdir ki, Aydakı saniyə Yerdəki ilə eyni uzunluqda deyil. O əlavə edib: “Məsələn, Aydakı bir müşahidəçi üçün Yerə əsaslanan bir saat, əlavə dövri dəyişikliklərlə hər Yer günü orta hesabla 58,7 mikrosaniyə itirəcək”.
Bu fərq əksər tətbiqlər üçün görünməz olsa da, bir saniyəlik ofsetin qurulması təxminən 50 il çəkəcək. Bu, naviqasiya və daha yüksək dəqiqliyin tələb olunduğu kosmik situasiya məlumatlılığı və yaxınlıq əməliyyatları kimi əlaqəli tətbiqlər üçün problemdir. Velbi vurğulayır: “Kosmosda operatorlar arasında vaxtın ardıcıl tərifi uğurlu kosmik situasiya məlumatlılığı imkanları, naviqasiya və kommunikasiyalar üçün vacibdir ki, bunların hamısı ABŞ hökuməti və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqəni təmin etmək baxımından vacibdir”.
NASA 2026-cı ilin sonuna qədər Ağ evə Ay saatı standartı üçün yekun strategiya təqdim etməklə yanaşı, bir il əvvəl açıqladığı Aydan Marsa uçuş missiyasına hazırlığın illik icmalını göndərməyi də nəzərdə tutur. Həmin icmal bu ilin əvvəlində yenilənib. NASA Ay vaxtı strategiyası üzərində Ticarət, Müdafiə, Dövlət və Nəqliyyat departamentləri də daxil olmaqla, bir sıra digər qurumlarla birgə fəaliyyət göstərəcək.
Kommersiya və beynəlxalq töhfələri ehtiva edən qarşılıqlı fəaliyyət şəbəkəsini işə salan NASA, həmçinin Ayda rabitə və naviqasiya xidmətləri göstərmək üçün “LunaNet” adlı konsepsiya üzərində işləyir. Bu agentlik və Avropa Kosmik Agentliyi “LunaNet Interoperability” spesifikasiyasının Ay Saatı Sistemi Standartının yaradılmasından bəhs edən bir neçə versiyasını hazırlayıb, baxmayaraq ki, bunun üçün sənədlər hazırlanmayıb.
2023-cü ilin may ayında ABŞ-ın Milli Geoməkan-Kəşfiyyat Agentliyi (NGA) NASA ilə Ay üzrə yerləşdirmə və naviqasiya sistemi hazırlamaq istiqamətində əməkdaşlıq etdiyini açıqlayib. NGA rəsmiləri daha sonra bildiriblər ki, məqsəd Ayda istifadəçilər üçün “Yerdəki GPS kimi dəqiq və təhlükəsiz işləyən” sistem yaratmaqdır. Bu elanda Ay saatı standartının yaradılması ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...