ABŞ “Kaspersky”nin məhsullarının istifadəsini qadağan edə bilər
ABŞ Prezidenti Co Baydenin administrasiyası Amerika şirkətlərinə və vətəndaşlarına “Kaspersky Lab” şirkəti tərəfindən yaradılmış proqram təminatından istifadəni qadağan etməyə hazırlaşır.
Fhnews.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, qərar yekunlaşmaq üzrədir və bu ay kimi qəbul edilə bilər.
Qərara əsasən, “Kaspersky Lab” şirkətinə ABŞ-da müəyyən məhsul və xidmətlərin göstərilməsi qadağan olunacaq.
Qadağanın məqsədlərindən biri ABŞ-ın kritik infrastrukturu üçün hər hansı riski azaltmaq olacaq.
Telekanalın həmsöhbətləri qadağanın əsas diqqəti şirkətin antivirus proqramlarına yönəldəcəyini açıqlayıblar.
Hazırda “Kaspersky Lab” proqram məhsullarından dünyada 400 milyondan çox insan və 240 min şirkət istifadə edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...