ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb
ABŞ-ın Nebraska, Ayova və Texas ştatlarında baş verən güclü tornado nəticəsində azı üç nəfər xəsarət alıb.
Fhnews.az CNN telekompaniyasına istinadla xəbər verir ki, ən ağır vəziyyət 485 min nəfərin yaşadığı Omaha şəhərinin şimal-qərbindəki ərazilərdə müşahidə edilir. Burada yüzlərlə evə zərər dəydiyi bildirilir.
Qeyd edək ki, ABŞ meteorologiya xidmətinin məlumatına görə, cümə günü başlayan tornado bazar gününədək davam edəcək. Şənbə təbii fəlakətin ən ağır günü ola bilər. Eyni zamanda ABŞ-ın mərkəzi hissəsi güclü yağıntılarla üzləşib.
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...