ABŞ-da güclü tornado: ölənlər və yaralananlar var
Yanvarın 9-da ABŞ-ın şərq sahillərini vuran tornadolar nəticəsində ən az dörd nəfər həlak olub, çox sayda insan isə xəsarət alıb.
Fhnews.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, güclü külək elektrik xətlərini, ağacları aşırıb, binalara və yollara zərər vurub.
Alabama ştatının şimalında tornado ilə birgə beysbol topu böyüklüyündə dolu yağıb. Ştatın Hyuston dairəsində, həmçinin Corciya və Şimali Karolina ştatlarında təbii fəlakət insan tələfatına səbəb olub. Həmçinin yanvarın 10-na olan məlumata görə, 39 mindən çox insan işıqsız qalıb. Florida ştatında güclü tornado gözlənildiyi barədə xəbərdarlıq edilib. Ştatın hakimiyyət orqanları 49 dairədə fövqəladə vəziyyət rejimi elan edib.
Xatırladaq ki, ötən ilin dekabrında Tennessi ştatında baş verən tornado nəticəsində altı nəfər ölmüşdü. Dağıdıcı külək Klarksvill şəhərini demək olar ki, yer üzündən silmişdi.
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...
Rusiyanın regionunda meşə yanğınları...
Oğurlanmış Budda heykəli 13 ildən sonra...
Tədqiqat: Qandakı kofein səviyyəsi bədən...