Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyasından verilən məlumata görə, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstərirlər. Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. İştirakçılar şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar.
Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...