“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub
Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Su İdmanı Sarayında iki gün davam edən turnirdə 15 müxtəlif yaş kateqoriyası üzrə (9 yaşadək, 9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) iştirakçılar üzüblər.
İkinci günün nəticələrinə görə 9 yaşadək qızlar arasında Nərmin Ramazanova birinci, Ayan Quliyeva ikinci yerə layiq görülüblər. Oğlanlar arasında Yusif Şəfiyev birinci olub. Tunar Məmmədli yarışı ikinci, Abdullah Mehrəliyev üçüncü pillədə başa vurublar.
9-10 yaşlı qızlar arasında Beren Mutaş fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Veronika Navatorjina ikinci, Nilufər Həmidzadə üçüncü yerlərə layiq görülüblər. Oğlanlar arasında Taylan Özgür Uzun, Abbas İbrahimov, Yusif İsmayılov fərqləniblər.
Paraüzgüçülük üzrə 9-10 yaşlı oğlanlar arasında Əli Hüseynov birinci, Murad Məmmədov ikinci yerdə yer alıblar.
11-12 yaşlı qızlar arasında Emine Doğa Aktaş birinci, Xumar Mustafayeva ikinci, Marqarita Maynitskaya və Dəniz Topçubaşova üçüncü yerlərə layiq görülüblər. Oğlanlar arasında Tunç Uçan, Nihad Abdullayev və Hüseyinağa Cəfərov fərqləniblər.
13-14 yaşlı qızlar arasında Slepenka Aleksandra yarışı birinci, Veronika Şandibina ikinci pillədə tamamlayıblar. Oğlanlar arasında Selcuk Berker Ertürk birinci olub. Yeqor Maynitskiy və Fərhad Şirməmmədli müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
15-16 yaşlı qızlar arasında Melisa Şahin birinci yeri tutub. Kişilər arasında Timur Beker yarışı birinci pillədə başa vurub. Tural Atakişiyev və Seyid Məmmədov ilk üçlüyü tamamlayıblar.
17-19 yaşlı qızlar arasında Sudenas Çakmak və Milanə Xəlilova müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar.
20-24 yaşlı qadınlar arasında Alina Kostenko, Ceyda Düşkün, Dursun Bağırova ilk üçlükdə yer alıblar. Kişilər arasında Doğukan Demir, Cəfər Məmmədov və Vəkil Vəkilov seçiliblər.
25-29 yaşlı qadınlar arasında Hürü Əlicanova fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Kişilər arasında Buğra Buba bütün rəqiblərini qabaqlayaraq birinci olub. Vüsal İskəndərli yarışı ikinci, İlkin Quliyev isə üçüncü yerdə bitiriblər.
Sonda qaliblər mükafatlandırılıblar.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...